Qırğızıstanda baş verən toqquşmalarda ölənlərin sayı 294-ə çatıb

Qırğızıstanda baş verən toqquşmalarda ölənlərin sayı 294-ə çatıb
# 28 iyun 2010 08:05 (UTC +04:00)
Tibbi yardım üçün ümumilikdə 2238 nəfər müraciət edib, onlardan 1047 nəfər xəstəxanaya yerləşdirilib, 1019 nəfərə ambulator yardım göstərilib.

Xəstəxanalarla yanaşı, morqlara 194 meyit gətirilib. 22 meyitin şəxsiyyəti hələ də müəyyənləşdirilməyib.

İlkin məlumatlara görə, ölənlərin 93%-i kişilər, 6,9%-i qadınlar, 0,1%-i uşaqlardır. Yaraların 59%-i güllə, 14%-i kəsici-deşici, 7%-i yanıq, 17%-i isə kəllə-beyin xəsarətləridir.

Qeyd edək ki, Qırğızıstanda müxalifətin mitinqi aprelin 7-də başlayıb. İyunun 10-da respublikanın cənubunda – Oş və Cəlalabad vilayətlərində özbəklərlə qırğızlar arasında etnik zəmində toqquşmalar qeydə alınıb. Toqquşmalar zamanı maşınlar yandırılıb, evlər, mağazalar talan edilib, insanlar öldürülüb.

Qeyri-rəsmi məlumatlara görə, qarşıdurmalar zamanı 2 minədək insan həlak olub, yarım milyondan çox insan qaçqına çevrilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR