Rusiya XİN ABŞ-da rus casus şəbəkəsinin ifşası ilə bağlı məlumatlara rəsmi şərh verib

Rusiya XİN ABŞ-da rus casus şəbəkəsinin ifşası ilə bağlı məlumatlara rəsmi şərh verib
# 29 iyun 2010 12:57 (UTC +04:00)
APA-nın məlumatına görə, şərhdə bildirilir ki, bu kimi ittihamların heç bir əsası yoxdur və Rusiya-ABŞ münasibətlərində belə hallar dəfələrlə təkrarlanıb. XİN bildirib ki, ABŞ Ədliyyə Nazirliyinin “soyuq müharibə” dövründə olduğu kimi “casus qalmaqallarını” xatırladan bu kimi bəyanatlarının səbəbini anlamır. XİN yayılan məlumatda böyük təəssüf hissi keçirdiyini bildirir və bu kimi məlumatların Obama administrasiyasının iki ölkə arasında gərginliyin aradan qalxdığı barədə açıqlamaları ilə uyğun gəlmədiyini bildirib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtondan saxlanan şəxslər barədə məlumat tələb edib və söhbətin nədən getdiyini anlamadığını deyib. Lavrov bildirib ki, bu kimi ittihamların ortalığa atılması üçün vaxt incəliklə seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR