Bolnisidə “Kəpənəkçi günü” keçirilib

Bolnisidə “Kəpənəkçi günü” keçirilib
# 30 iyun 2010 04:49 (UTC +04:00)
Bolnisi. Nizami Məmmədzadə-APA. “Bolnisidə “Kəpənəkçi günü” günü keçirilib. Bu barədə APA-nın Gürcüstan bürosuna Kvemo-Kartli bölgəsinin qubernator müavini Hüseyn Yusifov bildirib. Onun sözlərinə görə, “Kəpənəkçi günü” Bakıda fəaliyyət göstərən “Kəpənəkçi” xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. “Bu tədbir hər il ənənəvi şəkildə qeyd olunur. Tədbiri “Kəpənəkçi” xeyriyyə cəmiyyətinin sədri Rəşid Bədəlov açaraq Gürcü-Azərbaycan dostluğunun qədim köklərə söykəndiyini və müasir dövrdə bu dostluğu daha da gücləndirmək üçün uğurlu və məqsədyönlü işlər görüldüyünü dedi. Tədbirdə Bolnisi rayon icra hakimiyyətinin başçısı İosif Laliaşvili, gürcü şairi Cansuq Çarkviani, bəstəkar Vaja Adaraşvili, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Arif Əliyev və digər ziyalılar Gürcü-Azərbaycan dostluğu barədə və bu dostluğun gücləndirilməsinin müasir şəraitdə daha vacib olduğunu bildiriblər. Hüseyn Yusifov APA-ya açıqlamasında bildirib ki, iyulun 5-də gürcü universitetlərinə qəbul olacaq abituriyentlər qəbul imtahanlarını gürcü dilində deyil, Azərbaycan dilində verəcəklər. “Bizim gənclərə 100 nəfərdən çox yer verilib” deyə qubernator müavini vurğulayıb.
“Kəpənəkçi günü”-də kənd ziyalıları, qonaqlar, gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sonda gürcü və Azərbaycan incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR