Ermənistanın müdafiə naziri 8 zabiti ordudan qovub

Ermənistanın müdafiə naziri 8 zabiti ordudan qovub
# 07 avqust 2010 08:21 (UTC +04:00)
APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin avqustun 6-da keçirilən növbədənkənar kollegiya iclasında nazirin əmrləri açıqlanıb. Bu əmrlərə əsasən 8 zabit vəzifələrindən azad olunub, bəzi zabitlərin vəzifələri və rütbələri endirilib, bəzi hərbçilər haqqında da müxtəlif intizam tədbirləri görülüb.

Kollegiyanı açan S. Ohanyan ordudakı insidentlərin cəmiyyətdə böyük əks-səda doğurduğunu deyib. O, Müdafiə Nazirliyinin zabit heyətinə baş verənləri diqqətlə təhlil etməyi və bu cür halların təkrarlanmaması, eləcə də orduda intizamın möhkəmləndirilməsi üçün lazımi addımları atmağı tapşırıb. Nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin bütün şəxsi heyəti öz xidməti vəzifələrini yerinə yetirərək ölkənin etibarlı müdafiəsini təmin etsə də, bəzi hərbi hissə komandirlərinin vicdansızlığı bədbəxt hadisələrin baş verməsinə səbəb olub. Onun sözlərinə görə, zorakılığa və digər qeyri-mənəvi hərəkətlərə meylli zabitlər var.

İclas zamanı hərbi polisin müşayiəti ilə ağır cinayətlərdə ittiham olunan hərbçilər zala gətirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR