Aleksandr Lukaşenko: Belarus ABŞ-la münasibətləri normallaşdırmağa hazırdır

Aleksandr Lukaşenko: Belarus ABŞ-la münasibətləri normallaşdırmağa hazırdır
# 14 avqust 2010 00:17 (UTC +04:00)
Bakı-APA. Belarus ABŞ-la münasibətləri normallaşdırmağa hazırdır. Belarus prezidenti Aleksandr Lukaşenko belə bir bəyanatla çıxış edib.

«Əgər ABŞ bizimlə münasibətləri yaxşılaşdırmaq istəyirsə, biz buna hazırıq. Bizim müzakirə etməli çox mövzumuz var, həm bizim, həm də ABŞ tərəfinin təklifləri var. Fikrimcə, bütün bu məsələlər həll oluna bilərlər», deyə Lukaşenko bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR