Rusiyadakı yanğınların tüstüsü Ukraynaya keçib

Rusiyadakı yanğınların tüstüsü Ukraynaya keçib
# 14 avqust 2010 13:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Rusiyada baş verən meşə yanğınları nəticəsində yaranan tüstü dumanı Ukrayna ərazisinə keçib.

APA-nın UNİAN Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Fövqəladə Hallar Nazirliyi (FHN) Moskva ətrafında baş verən yanğınlar nəticəsində yaranan tüstünün Xarkov vilayətinə çatdığı barədə açıqlama yayıb.

Açıqlamada bildirilib ki, tüstü Rusiyanın Voronej və Ryazan vilayətləri istiqamətindən Ukrayna ərazisinə keçib. Məlumatda tüstünün insan sağlamlığı üçün təhlükəli olmadığı qeyd olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR