Tbilisidə Corc Buşun adına küçənin adının dəyişdirilməsi tələbi ilə aksiya keçib

Tbilisidə Corc Buşun adına küçənin adının dəyişdirilməsi tələbi ilə aksiya keçib
# 15 avqust 2010 00:32 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Tbilisidə gənc gürcü şairlərin iştirakı ilə etiraz aksiyası dörd nəfərin saxlanmasına səbəb olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya iştirakçıları keçmiş ABŞ prezidenti Corc Buşun adı verilən küçənin başqa ad ilə əvəz edilməsini tələb ediblər və onun adı olan lövhəni qaralayıblar. Aksiya zamanı onlara yaxınlaşan patrul polis xidməti əməkdaşlarını görən aksiyanın təşəbbüsçüsü İrakli Kakabadze “İtlər, itlər...” adlı şeiri səsləndirməyə başlayıb və bu şeiri “Gürcüstanın baş itləri Vano Merabişvili və Zurab Adeişviliyə həsr olunduğunu deyib.”
Sonra patrul xidməti üç nəfər aksiya iştirakçısını və aksiyanın təşkilatçısı İrakli Kakabadzeni saxlayıb.
Etirazlıçılar bildiriblər ki, Buş “Amerika xalqının istəkləri və maraqlarını ifadə etməyib” və təklif ediblər ki küçənin adını məşhur Amerika şairi Uolt Vitmanın adına dəyişdirilsin.
Corc Buş küçəsi (əvvəlki adı Melaanskaya idi) Gürcüstanın paytaxtının mərkəzi rayonların birində yerləşir. Buşun adını küçəyə 2005-ci ildə ABŞ prezidentinin Gürcüstana səfərindən sonra verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR