Rusiya Prokurorluğunun Xüsusi İstintaq İdarəsinin 25 seyfi sındırılıb, çoxlu sayda sənəd oğurlanıb

Rusiya Prokurorluğunun Xüsusi İstintaq İdarəsinin 25 seyfi sındırılıb, çoxlu sayda sənəd oğurlanıb
# 31 avqust 2010 07:38 (UTC +04:00)
APA-nın məlumatına görə, üç naməlum şəxs binanın birinci mərtəbəsində pəncərənin dəmir barmaqlıqlarını kəsərək içəri daxil olublar. Onlar mühafizəçiyə hücum edərək onun əl-qolunu bağlayıblar. Mühafizəçinin təqaüddə çıxmış yaşlı bir şəxs olduğu bildirilir. Bir neçə saat binada qalan şəxslər 18 kabinetə daxil olaraq 25 seyfi sındırıblar. Çoxlu sayda sənədlərin, o cümlədən mühüm cinayət işlərinin oğurlandığı qeyd olunur. Hazırda oğurlanan sənədlərin siyahısı hazırlanır. “İnterfaks” agentliyinə açıqlama verən mənbə cinayətin sifarişli xarakter daşıdığı, hazırda idarədə araşdırılan işlərdən biri ilə əlaqədar olduğu ehtimalını irəli sürüb. “RİA Novosti” isə hazırda bu şöbədə güc strukturlarında çalışan bir generalın işinin araşdırıldığını yazıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR