Gürcüstanda saxta sənəd düzəltdiyi üçün vəkil həbs olunub

Gürcüstanda saxta sənəd düzəltdiyi üçün vəkil həbs olunub
# 20 oktyabr 2010 02:20 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan Baş prokurorluğu vəkil Murtaz Kldiaşvilini kommersiya yolu ilə rüşvət alma faktı ilə saxlayıb. APA-nın Gürcüstan bürosunun Qafqaz-Press agentliyinə istinadən verdiyi xəbərə görə, vəkil məhkum edilən azərbaycanlı məhkum Vələt Quliyevə onun psixi vəziyyəti barədə saxta arayış düzəltdiyinə görə saxlanıb. İstintaqın gedişi zamanı məlum olub ki, vəkil Murtaz Kldiaşvili vətəndaş Yusif Məmmədovdan 50 min lari alıb və əvəzində Y.Məmmədov ondan cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Vələt Quliyevin psixi vəziyyəti barədə saxta arayış düzəltməyini xahiş edib. M.Kldiaşvili rüşvət aldığı həmin puldan 22 min lari özünə saxlayıb və qalan pulları isə saxta psixi arayış düzəltmək üçün həkimlərə verib. Məlumata görə, saxta arayış düzəldildikdən sonra cəza çəkən V.Quliyev azadlığa buraxılmalı imiş. Prokurorluq saxta arayış düzəltməkdə iştirak edən psixi xəstəliklər üzrə həkimlərin adlarını açıqlamayıb.
Əgər vəkilin günahı sübut olunarsa, onu 4 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR