Ukrayna Polşaya qaz nəqlini dayandırıb

Ukrayna Polşaya qaz nəqlini dayandırıb
# 03 yanvar 2011 08:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Ukrayna Polşaya qaz ixracını dayandırıb. «APA-Economics»in «RBK-Ukraina»ya istinadən verdiyi məlumata görə, «Polşa Neft və Qaz Şirkəti»ndən (PGNiG) bildirilib ki, Kiyev yanvarın 1-dən etibarən Zosin-Xrubeşuv qaz buraxılış məntəqəsindən qaz nəqlini dayandırması barədə Polşa tərəfini məlumatlandırıb. Qaz nəqlinin dayandırılmasının səbəbi Ukraynanın qanunvericilikdə etdiyi dəyişikliklərlə bağlıdır. Qanunvericiliyə əsasən, ölkədə hasil olunan bütün təbii qaz ölkədaxili tələbata yönəldilməlidir. Öz növbəsində rəsmi Varşava iki ölkə arasında 2020-ci ilədək imzalanmış sazişin icrasını tələb edəcək. Qeyd edək ki, 2004-cü ilin oktyabr ayında «Nefteqaz Ukrainı» və PGNiG şirkətləri arasında imzalanmış sazişə əsasən, Polşa 2011-ci il üçün Ukraynadan 186 mln. kubmetr mavi yanacaq sifariş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR