Moskvada yağan qarın ağırlığından 13 minədək ağac qırılıb

Moskvada yağan qarın ağırlığından 13 minədək ağac qırılıb
# 03 yanvar 2011 10:17 (UTC +04:00)
Moskva-APA. Aramsız yağan qar Moskvada təbii fəlakətə səbəb olub. APA-nın məlumatına görə, şəhər meriyası qarın ağırlığı nəticəsində 13 minə yaxın ağacın qırıldığını açıqlayıb. Ağacların və böyük budaqların qırılması şəhər yollarında nəqliyyatın və vətəndaşların hərəkəti üçün ciddi problemlər yaradıb. Meriya bu səbəbdən vətəndaşları küçələrdə hərəkət edərkən və üzərində qalın qar topaları olan ağacların altından keçərkən ehtiyatlı olmağa çağırıb. Qış mövsümü başladıqdan bəri paytaxtda küçələrdən 7 milyon kubmetr qar təmizlənib. Hazırda paytaxt meriyası yolların qardan və qırılmış ağaclardan təmizləmək üçün işləri davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR