Gürcüstanda təhsil müəssisələrində tütündən istifadəni qadağan edən qanun qüvvəyə minib

Gürcüstanda təhsil müəssisələrində tütündən istifadəni qadağan edən qanun qüvvəyə minib
# 03 yanvar 2011 11:37 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamenti qəbul etdiyi “Tütündən istifadə etməyə nəzarət haqqında” qanunu yanvarın 1-dən qüvvəyə minib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, qanunla əlaqədar gürcü mətbuatında tütün məmulatlarından istifadə edilməsi haqqında mexanizmlərin tətbiqi və nəzarət barədə müəyyən qaydalar dərc edilib. Qanunun tətbiqi ilə əlaqədar bir çox ali təhsil ocaqlarında və orta məktəblərdə elanlar vurulub, qanunun icrası nəzarətə götürülüb. Yeni qanuna əsasən təhsil və tədris müəssisələrində tütündən istifadə qadağan edilib. Qanunda qeyd edilib ki, eyni zamanda uşaq bağçalarına, orta məktəblərə və ali təhsil ocaqlarına 50 metr qalmış tütün məmulatlarının satışı da qadağandır. Özəl və dövlət müəssisələrinin binalarında da siqaret çəkmək qadağan edilib, siqaret çəkmək üçün xüsusi otaqlar və xüsusi yerlər ayrılması nəzərdə tutulur. Qanuna əsasən təhsil müəssisələrində tütün məmulatlarından istifadəyə görə isə 200 lari (112 dollar) həcmində cərimə təyin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR