Minskdə həbs olunan müxalifətçilərin əksəriyyəti azadlığa buraxılıb

Minskdə həbs olunan müxalifətçilərin əksəriyyəti azadlığa buraxılıb
# 04 yanvar 2011 10:59 (UTC +04:00)
Bakı – APA. Belarusun paytaxtı Minsk şəhərində dekabrın 19-da - prezident seçkiləri gecəsi keçirilən etiraz aksiyası zamanı həbs olunan şəxslərin əksəriyyəti azadlığa buraxılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 15 sutka inzibati həbsə məhkum olunmuş şəxslərin cəzası yanvarın 4-də başa çatıb. Bundan az cəza almış şəxslər daha əvvəl azadlığa çıxıb. Həbsdə yalnız hakimiyyətin kütləvi iğtişaşın təşkilində günahlandırdığı 22 nəfər qalıb. Onların arasında prezidentliyə namizəd olmuş 4 nəfər – Vladimir Neklyayev, Andrey Sannikov, Nikolay Statkeviç və Ales Mixaleviç də var. İki Rusiya vətəndaşına da ittiham irəli sürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR