Moskvada qeyri qanuni piket keçirməyə cəhd edən 29 nəfər saxlanılıb

Moskvada qeyri qanuni piket keçirməyə cəhd edən 29 nəfər saxlanılıb
# 06 yanvar 2011 19:35 (UTC +04:00)
Bakı-APA. Moskvada qeyri qanuni piket keçirməyə cəhd edən 29 nəfər saxlanılıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, bunlardan 24 nəfəri Simferopol bulvarı yaxınlığında yerləşən təcridxananın yaxınlığında saxlanılıb. Digərlərini isə Qızıl meydanda piket keçirmək istəyərkən polis həbs edib.
Xatırladaq ki, dekabrın 31-də həbs edilən müxalifət liderləri Boris Nemtsov, Eduard Limonov və Konstantin Kosyakin Moskvada Simferopol bulvarındakı təcridxanada saxlanılırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR