Nursultan Nazarbayev səlahiyyət müddətinin 2020-ci ilə qədər uzadılması haqqında təklifi rədd edib

Nursultan Nazarbayev səlahiyyət müddətinin 2020-ci ilə qədər uzadılması haqqında təklifi rədd edib
# 07 yanvar 2011 07:45 (UTC +04:00)
Bakı – APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev səlahiyyət müddətinin 2020-ci ilə qədər uzadılması haqqında referendum keçirilməsinə dair ölkə parlamentinin təklifini rədd edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, N. Nazarbayev bu barədə müvafiq fərman imzalayıb. Lakin buna baxmayaraq, referendumun keçirilməsinə dəstək üçün imzatoplama kampaniyası yanvarın 10-na qədər davam edəcək.

Qeyd edək ki, yanvarın 6-da Qazaxıstan parlamentinin yuxarı palatası 2020-ci ilə qədər prezident seçkisinin keçirilməməsi barədə Konstitusiyaya əlavələr edilməsi təklifini dəstəkləyib. Daha əvvəl bu təşəbbüsə aşağı palata da dəstək verib. Yanvarın 5-nə qədər bu ideyaya dəstək üçün 2,5 milyon imza yığılıb. Mövcud qanunvericiliyə əsasən Qazaxıstanda növbəti prezident seçkisi 2012-ci ildə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR