Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin rəhbəri Andrey Nesterenko vəzifəsindən azad olunub

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin rəhbəri Andrey Nesterenko vəzifəsindən azad olunub
# 11 yanvar 2011 08:38 (UTC +04:00)
APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, onu bu postda Aleksandr Lukaşeviç əvəzləyəcək. Lukaşeviçin bu gün vəzifəsinin icrasına başlayacağı bildirilir. XİN-də kadr dəyişiklikləri barədə rəsmi açıqlama verilməyib. “Kommersant” öz mənbələrinə istinadən yazır ki, Andrey Nesterenkonun vəzifəsindən azad olunmasına səbəb onun Rusiyanın İrana “C-300” zenit raket sistemləri satmasına dair şərhinin prezident Dmitri Medvedyevin narazılığına səbəb olmasıdır. Ötən ilin iyununda Rusiya XİN-in rəsmmi nümayəndəsi bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı yeni sanksiyalar tətbiq etməsinə baxmayaraq Rusiya müqavilənin şərtlərinin yerinə yetirməkdə davam edəcək. Diplomat bildirib ki, İrana satılan “C-300” zenit raket sistemləri beynəlxalq məhdudiyyət kateqoriyasına daxil deyil. Lakin sentyabrda prezident Medvedyev bu satışı qadağan edən fərman imzalayıb. Jurnalistlərin iddiasına görə, bundan sonra xarici işlər naziri Sergey Lavrova Andrey Nesterenkonu işdən çıxarmaq tövsiyə olunub. Xatırladaq ki, Andrey Nesterenko 2008-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin rəhbəri vəzifəsində çalışırdı. İlkin məlumata görə, o Rusiyanın Monteneqroda səfiri təyin olunacaq. Departamentin yeni rəhbəri Aleksandr Lukaşeviç bundan əvvəl Rusiyanın ATƏT yanında daimi nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR