Moskvanın Manej meydanı milis tərəfindən mühasirəyə alınıb

Moskvanın Manej meydanı milis tərəfindən mühasirəyə alınıb
# 11 yanvar 2011 16:27 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, meydana yaxın yerlərdə içində milislər olan 50-yə yaxın avtobus var. Ətraf küçələrdə xüsusi təyinatlı milis dəstəsinin əməkdaşları keşik çəkirlər. Metroya da milis nəzarəti gücləndirilib.

Təhlükəsizlik tədbirləri “Rusiya ruslar üçün” şüarını dəstəkləyən bütün şəxslərin Manej meydanındakı mitinqə çağırılması barədə internetdə yayılan çağırışla əlaqədardır. Aksiya silahlı qiyam hazırlığı ittihamı ilə həbs edilən Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Vladimir Kvaçkovun azad edilməsi tələbi ilə keçirilməliydi. Bundan başqa, iştirakçılar gəlmələrə qarşı qanunvericiliyin sərtləşdirilməsi tələbini də irəli sürmək niyyətində idilər. Təşkilatçılar hər ayın 11-də bu tələblərlə aksiya keçirməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR