Dağıstanda kənd administrasiyasının rəhbəri öldürülüb

Dağıstanda kənd administrasiyasının rəhbəri öldürülüb
# 13 yanvar 2011 21:34 (UTC +04:00)
Bakı-APA. Dağıstanın Levaşinskiy rayonunun Yuxarı Ubeki kənd administrasiyasının rəhbəri Rabadan Rabadanov evinin qarşısında qətlə yetirilib.
APA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, Dağıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən bildiriblər ki, Rabadanov avtomat silahdan öldürülüb.
Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR