Gürcüstanda dizel yanacağının bahalaşması əhalinin yaşayış tərzinə də təsir edib

Gürcüstanda dizel yanacağının bahalaşması əhalinin yaşayış tərzinə də təsir edib
# 13 yanvar 2011 22:26 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstanda dizel yanacağı bahalaşıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Visol şirkəti dizel yanacağının 5 tetri bahalaşdığı barədə informasiya yayıb. Visol şirkətinin yanacaq doldurma məntəqələrində APİ dizelin bir litri 2,15 lari, "dizel enerji" isə-2 lariyə satılır. Digər yanacaqların qiyməti isə hələlik sabit qalıb. ARDNŞ-in Gürcüstandakı yanacaqdoldurma məntəqələrində isə avrodizel 510 PPM-2,10 lari, L-62 dizeli-1,90 lariyə satılır. "Lukoyl" şirkətinin yanacaq doldurma məntəqələrində də qiymətlərdə dəyişikliklər var. Dizel-2,05 lariyə satılır. "Rompetrol" şirkətində isə dizel yanacağı bu qiymətdən 5 tetri artığa satılır.
Qeyd edək ki, yanacağın getdikcə bahalaşması azərbaycanlıların kompakt yaşadığı ərazilərdə aparılan əkin və səpin, kənd təsərrüfatı bitkilərinin keyfiyyətli becərilməsinə də ciddi təsir edir. Əhali yanacaq çatışmaması ucbatından torpağı vaxtında becərə bilmir və sosial şərait və əhalinin yaşam tərzi zəifləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR