Qazaxıstan parlamenti prezident Nazarbayevin səlahiyyət müddətinin referendum yolu ilə artırılmasına imkan verən Konstitusiya dəyişikliyini qəbul edib

Qazaxıstan parlamenti prezident Nazarbayevin səlahiyyət müddətinin referendum yolu ilə artırılmasına imkan verən Konstitusiya dəyişikliyini qəbul edib
# 14 yanvar 2011 08:59 (UTC +04:00)
Astana-APA. Qazaxıstan parlamenti prezident Nursultan Nazarbayevin səlahiyyət müddətinin referendum yolu ilə artırılmasına imkan verən Konstitusiya dəyişikliyini qəbul edib. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, bu qərar parlamentin hər iki palatasında yekdilliklə qəbul olunub. Parlamentin üzü Zaqipa Baliyeva bildirib ki, bu dəyişikliklər konkret olaraq referendumun keçirilməsini nəzərdə tutmur, yalnız belə bir imkanın olduğunu bildirir: “Əgər Konstitusiya dəyişikliyi edilməsə belə, Nazarbayev tərəfdarlarının topladığı bir neçə milyon imza əsasında da referendum keçirilməsi mümkün olacaqdı”.

Qanuna əsasən, referendum parlamentin müdaxiləsi olmadan da keçirilə bilər. Nazarbayev əvvəllər səlahiyyətlərinin artırılması ilə bağlı referendumun keçirilməsinə qarşı çıxsa da, MSK sədri bildirib ki, parlamentin qərarından sonra prezidentin qəbul olunan dəyişikliyə veto qoymaq hüququ yoxdur.

Nursultan Nazarbayev 20 ildən artıqdır ki, Qazaxıstan prezidentidir. Onun indiki prezidentlik müddəti 2012-ci ildə başa çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR