Kafe qarşısında avtomobil partladılıb

Kafe qarşısında avtomobil partladılıb
# 15 yanvar 2011 09:17 (UTC +04:00)
Bakı – APA. Ötən gün Dağıstanın Xasavyurd şəhərində «Bəyaz Gecələr» kafesi qarşısında partlayış törədilib. APA-nın məlumatına görə, kafenin qarşısında dayanan «VAZ-2107» avtomobili partladılıb. Partlayışın gücü trotil ekvivalentində 15-20 kq olub. Hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Hazırda yerli hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR