Rus millətçiləri Moskvada qanunsuz mitinq keçirəcək

Rus millətçiləri Moskvada qanunsuz mitinq keçirəcək
# 15 yanvar 2011 09:43 (UTC +04:00)
APA-nın «İnterfaks» agentliyinə istinadən verdiyi məlumata görə, bu tədbirin keçirilməsinə şəhər hakimiyyəti tərəfindən rəsmi icazə verilsə də, Rusiya paytaxtında daha bir aksiyanın – sanksiyalaşdırılmamış mitinqin keçirilməsi ilə bağlı İnternet vasitəsilə radikal qruplaşmalar tərəfindən çağırışlar səsləndirilir.

Meriya ilə razılaşdırılan mitinqdə 3 minədək insanın iştirak edəcəyi gözlənilir. Radikal gənclər təşkilatlarının fəalları isə qanunsuz aksiyanın Manej Meydanında keçirməyi təklif edir.

Hər iki toplantı ilə bağlı Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib və qayda-qanunu pozanlara qarşı ciddi tədbirlərin görüləcəyi bildirilir. Bu məqsədlə ümumilikdə əraziyə 2,5 min milis işçisi və 1,5 min nəfər daxil qoşun hərbçisi cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR