Rusiyada çeçen yaraqlılarının lideri Doku Umarovun ölməsi ilə bağlı xəbər yayılıb

Rusiyada çeçen yaraqlılarının lideri Doku Umarovun ölməsi ilə bağlı xəbər yayılıb
# 15 yanvar 2011 16:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Rusiya hökumətinə müxalifətdə olan çeçen hərbi qruplaşmalarının lideri Doku Umarovun ölməsi ilə bağlı xəbər yayılıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Çeçenistanda yerləşən Rusiya hərbi birləşmələrindəki mənbədən daxil olub. Hərbi mənbələr bildirib ki, əməliyyat yolu ölkənin ucqar dağlıq bölgəsində yaşayan yerli əhalidən əldə olunan məlumatda D.Umarovun öldüyü bildirilir.

Məlumatda qeyd olunub ki, diqqəti Doku Umarovdan yayındırmaq üçün də belə xəbərlər əhali arasına sızdırıla bilər. Lakin Doku Umarovun xəstəliyi və dağlıq bölgədə soyuqların sərt keçməsi də onun ölümünə səbəb ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR