BP və Rusiya Arktikada birgə yanacaq axtaracaqlar

BP və Rusiya Arktikada birgə yanacaq axtaracaqlar
# 16 yanvar 2011 00:21 (UTC +04:00)
Bakı-APA. BP şirkəti Rusiyanın Rosneft kompaniyası ilə Arktikada neft və qaz yataqlarının kəşfiyyatına dair saziş imzalayıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Şimali Buzlu okeanının dibində nəhəng yanacaq ehtiyatlarının olduğu güman edilir.

"Strateji qlobal alyans" ekspertlərin mübadiləsi vasitəsilə regionun öyrənilməsini nəzərdə tutur.

Sazişin bir hissəsi olaraq Rosneft BP səhmlərinin 5% alacaq və BP-yə öz səhmlərinin 9.5% satacaq.

Ötən il Meksika körfəzindəki qəzadan bəri bu BP-nin imzaladığı ilk sazişdir.

BP-nin bu sazişdəki payı 8 milyard dollara yaxındır.

Rosneftin 75% Rusiya hökumətinə məxsusdur və o Rusiyanın ikinci ən iri şirkətidir.

BP-dən 5% səhm almaqla, çoxları Rusiya hökumətinin dünyanın ABŞ daxil olmaqla bir çox yerlərində işləyən bir şirkətində səs hüququ qazandığına diqqət çəkir.

Bob Dadli TNK-BP adlı birgə müəssisənin rəhbəri olub. Bu şirkət 2008-ci ildə Rusiyadan qovulub.

Britaniyanın energetika naziri Kris Hubn sazişi "misli görünməmiş" adlandırıb.

Müşahidəçilər sazişi hər iki tərəf üçün faydalı hesab edirlər. Belə ki,
BP resurslara, Rosneft isə texnologiyalara çıxış əldə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR