Gürcülər hansı ölkədə yaşamağı üstün tuturlar?

Gürcülər hansı ölkədə yaşamağı üstün tuturlar?
# 16 yanvar 2011 04:31 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcülər hansı ölkədə yaşamağı üstün tuturlar? APA-nın Gürcüstan bürosunun məlumatına görə, gürcü sosioloqları araşdırma apararaq təsdiq ediblər ki, 68 % Gürcüstan vətəndaşı Gürcüstanda yaşamağa üstünlük veriblər. Gürcülərin 3 %-i İtaliya və Fransada, 1 %-i isə Rusiyada yaşamağı qeyd ediblər. Gürcülərdən fərqli olaraq Rusiyada 1000 nəfər respondent arasında aparılan sorğudan məlum olub ki, sorğu iştirakçılarının 73 %-i imkan ələ düşərsə, Rusiyadan köçmək istədiklərini bildiriblər.
APA-nın məlumatına görə, Gürcüstanda kompakt yaşayan soydaşlarımız gürcülərdən fərqli olaraq heç bir ölkəyə köçüb getməyi arzulamırlar. Onlar bildiriblər ki, hazırkı vəziyyətdə Gürcüstanda yaşamaq azərbaycanlılar üçün daha sərfəlidir. Çünki ölkə getdikcə iqtisadi cəhətdən inkişaf edir və onların hüquqları tamhüquqlu Gürcüstan vətəndaşı kimi müdafiə olunur. Son illər əksinə, Gürcüstandan vaxtilə köçüb getmiş azərbaycanlılar öz ata-baba yurdlarına qayıdır və əkin-səpin və digər məqsədyönlü işlərlə məşğul olurlar.
Qeyd edək ki, Gürcüstanda aparılan sorğularda 1200 nəfər yeniyetmə yaşlı Tbilisi və bir neçə böyük şəhər sakinləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR