Martın 1-dən Gürcüstan və Avropa Birliyi arasında viza rejimi sadələşdiriləcək

Martın 1-dən Gürcüstan və Avropa Birliyi arasında viza rejimi sadələşdiriləcək
# 19 yanvar 2011 04:29 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Avropa Birliyi Gürcüstan və Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi barədə sazişi bəyəndiyini bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər iki viza rejimi martın birindən qüvvədə olacaq.

Xatırladaq ki, keçən ilin iyunun 17-də Brüsseldə Gürcüstanın XİN Qriqol Vaşadze, İspaniyanın xarici işlər naziri, Avropa Birliyinə sədrlik edən Migel Angel Moratinos və daxili işlər üzrə Avro komissarı Sesiliya Malmstr viza rejimini sadələşdirmək üçün müqavilə imzalayıblar.
Məlumata görə, viza rejiminin sadələşdirilməsi Gürcüstan və Avropa parlamentlərində radifikasiya edildikdən sonra qüvvəyə minəcək.

Gürcüstan XİN-in məlumatına görə, viza almaq üçün 60 avro əvəzinə, 35 avro veriləcək. Sazişdə müxtəlif missiyaların sadələşdirilməsi də nəzərdə tutulub. Avropaya bir dəfə viza alıb, gedib-gələn şəxs 2 və 5 il müddətinə verilən vizaya sahib ola bilər. Viza 10 təqvim günü ərzində veriləcək. Sazişə görə, diplomatik pasportu olan Gürcüstan vətəndaşı 90 gün Avropada qala bilər. Sazişdə müxtəlif kateqoriyalara aid sadələşdirilmiş missiyalar da nəzərdə turulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR