Azərbaycanda ənənəvi Tələbə Filmləri və Beynəlxalq Caz festivalları keçiriləcək

Azərbaycanda ənənəvi Tələbə Filmləri və Beynəlxalq Caz festivalları keçiriləcək
# 19 yanvar 2011 16:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Müstəqil Dövlət Birliyinin (MDB) İcraiyyə Komitəsində 2015-ci ilə kimi mədəniyyət sahəsini əhatə edən tədbirlər planı üzərində aparılan iş tamamlanıb. APA-nın “RİA Novosti»yə istinadən verdiyi məlumata görə, bunu MDB-nin icra katibi Serqey Lebedev deyib. Plan MDB-yə üzv ölkələrin təklifləri əsasında tərtib olunub.
S. Lebedev deyib ki, 12 vərəqdən ibarət olan sənəddə 140 tədbir əks edilib: “Onlar iki iri bölüm üzrə tərtib olunub - əsas milli və dövlətlərarası aksiyalar. Tədbirlərin bir hissəsi ənənəvi xarakter alacaq”. Onun sözlərinə görə, plana uyğun olaraq Azərbaycanda ənənəvi Tələbə Filmləri Beynəlxalq Festival və Beynəlxalq Caz Festivalı keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR