Rusiya DİN general-leytenantı 46 milyon dolları oğurlamaqda şübhəli bilinir

Rusiya DİN general-leytenantı 46 milyon dolları oğurlamaqda şübhəli bilinir
# 19 yanvar 2011 18:50 (UTC +04:00)
Bakı-APA. MDB ölkələrində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərlə mübarizənin əlaqləndirilməsi bürosunun direktoru milis general-leytenantı Aleksandr Bokov Moskvada 46 milyon dolları oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib. Cinayət işi Rusiya CM-nin 159-cu maddəsinin 4-cü bəndi üzrə (fırıldaqçılıq) açılıb. General fırıldaq yolu ilə rusiyalı biznesmendən pul almaqda ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR