Avropa Birliyi Gürcüstanı dəstəkləyən qərar qəbul edib

Avropa Birliyi Gürcüstanı dəstəkləyən qərar qəbul edib
# 21 yanvar 2011 04:19 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Avropa Birliyi Gürcüstanı dəstəkləməyi barədə qərar qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan XİN-nin müavini Nino Kalandadze jurnalistlərə bildirib. Onun sözlərinə görə, Avropa Birliyinin qəbul etdiyi qərar Qara dəniz ölkələri strategiyasına aiddir. "Sənəddə Avropa Birliyinin prioritet istiqamətləri göstərilib. Sənəd Gürcüstan və region üçün o mənada əhəmiyyətlidir ki, burada Qara dəniz hövzəsinin siyasi, iqtisadi və ticarət əlaqələri xatırladılır, qeyd edilir,-" Nino Kalandadze bildirib.
Kalandadze qeyd edib ki, Avropa parlamenti ilk dəfədir ki, bu qərarda işğal olunan ərazilər kimi Abxaziya və Cənubi Osetiyanın siyasi və hüquqi statusunu müəyyən edir.
"Qərarda qeyd olunur ki, Abxaziyanın və Cənubi Osetiyanın işğal olunan torpaqlarında insan güquqlarının pozulması halları baş verib. Buna görə də Avropa parlamenti AB strukturlarını bu qərara öz münasibətlərini bildirməyə çağırır".
Kalandadzenin sözlərinə görə, bu qərar gözlənilmədən qəbul edilib və Gürcüstan üçün çox xoş bir xəbərdir. "Avropa Parlamenti böyük təsir gücünə malik bir institutdur".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR