Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib

Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib
# 21 yanvar 2011 12:35 (UTC +04:00)
Bakı – APA. Aleksandr Lukaşenko rəsmən dördüncü dəfə Belarus prezidenti vəzifəsinin icrasına başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanvarın 21-də Minskdə A. Lukaşenkonun andiçmə mərasimi keçirilib. Mərasimdə parlamentin deputatları, hökumət üzvləri, hakimlər, ictimaiyyət nümayəndələri və bəzi xarici diplomatlar iştirak edib.

Avropa Birliyi ölkələrinin səfirləri tədbiri boykot ediblər. ABŞ-ın müvəqqəti işlər vəkili də mərasimə qatılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR