Rusiya prezidenti: İkinci müddət barədə qərarı bu il ərzində qəbul edəcəyəm

Rusiya prezidenti: İkinci müddət barədə qərarı bu il ərzində qəbul edəcəyəm
# 26 yanvar 2011 23:52 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedev bu il ərzində növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə qərar qəbul edəcəyini bildirib.

«Mən hadisələrin necə inkişaf edəcəyinə baxacağam», deyə Medvedev «Bloomberg» kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, «qərar bir sıra səbəb və məsələlərdən asılı olacaq».

«Mənə gəldikdə isə, öz qərarımı şübhəsiz ki, bu il qəbul edəcəyəm. Əgər ölkə, siyasi sistem və ilk növbədə vətəndaşlarımız naminə seçkidə iştirakı məqbul saysam, iştirak edəcəyəm. Əgər başqa qərara gəlsəm, bu barədə açıq deyəcəyəm və fikrimcə cəmiyyət və dövlət üçün də nəyin yaxşı olduğunu deyəcəyəm», deyə prezident bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR