Qazaxıstan parlamenti Nursultan Nazarbayevə növbədənkənar prezident seçkiləri təyin etmək hüququ verib

Qazaxıstan parlamenti Nursultan Nazarbayevə növbədənkənar prezident seçkiləri təyin etmək hüququ verib
# 02 fevral 2011 07:32 (UTC +04:00)
Bakı-APA. Qazaxıstan parlamenti ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsini hər iki oxunuşda qəbul edib. APA-nın məlumatına görə, dəyişikliklərə əsasən dövlət başçısına növbədənkənar prezident seçkiləri təyin etmək hüququ verilir. Konstitusiya Şurası dövlət başçısının səlahiyyət müddətini 2020-ci ilədək artırmaq barədə qərarı ləğv etdikdən sonra prezident Nursultan Nazarbayev növbədənkənar prezident seçkiləri keçirmək təklif edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR