«Atrium» Ticarət Mərkəzində partlayıcının qoyulduğu haqqında məlumat yayılıb

«Atrium» Ticarət Mərkəzində partlayıcının qoyulduğu haqqında məlumat yayılıb
# 05 fevral 2011 14:51 (UTC +04:00)
Bakı – APA. Bu gün Moskva şəhərinin Kursk dəmir yolu vağzalı yaxınlığında yerləşən «Atrium» Ticarət Mərkəzinin ziyarətçiləri və işçiləri təcili şəkildə təxliyə edilib. Buna səbəb isə hüquq-mühafizə orqanlarına naməlum şəxs tərəfindən edilən telefon zəngi zamanı Ticarət Mərkəzinə partlayıcının qoyulması haqqında məlumatın verilməsi səbəb olub.

APA-nın «İnterfaks» agentliyinə istinadən verdiyi məlumata görə, artıq hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub və parlayıcı maddənin axtarışı, həmçinin zəng edənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, ötən həftə analoji şəkildə Moskvanın digər 5 ticarət mərkəzində də qumbaranın quraşdırıldığı barədə məlumat yayılıb. Lakin aparılan axtarış tədbirləri zamanı xəbərlərin doğru olmadığı müəyyənləşib, bununla bağlı şübhəli şəxslər istintaqa cəlb ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR