Dağıstan və Çeçenistan ərazisində gecə saatlarında sərnişin qatarlarının hərəkəti dayandırılacaq

Dağıstan və Çeçenistan ərazisində gecə saatlarında sərnişin qatarlarının hərəkəti dayandırılacaq
# 10 fevral 2011 19:31 (UTC +04:00)
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı “Rusiya Dəmir Yolu” ASC yayıb.

“Rusiya Dəmir Yolu”-dan bildiriblər ki, "Dağıstan və Çeçenistandakı vəziyyətlə əlaqədar bu bölgələrin ərazisindən keçən sərnişin qatarlarının hərəkətləri gecə vaxtı dayandırılacaq”.
Qatarlar yalnız səhər 6-dan sonra marşrut üzrə yolunu davam edə bilərlər.
“Rusiya Dəmir Yolu” sirkəti Çeçenistan və Dağıstan ərazisindən keçən Ukrayna və Azərbaycan dəmir yolu nümayəndələri ilə danışıqlar aparmaq niyyətindədirlər. Bu ölkələrlə qatarların hərəkətinin vaxtının dəyişməsi təklif olunacaq.

Bildirilir ki, son vaxtlar Dağıstanda dəmir yolların partladılması halları çoxalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR