Gürcüstan prezidenti parlamentdə dipkorpus nümayəndələrini məruzəsindən sonra debatda fəal iştirak etməyə çağırıb

Gürcüstan prezidenti parlamentdə dipkorpus nümayəndələrini məruzəsindən sonra debatda fəal iştirak etməyə çağırıb
# 11 fevral 2011 22:43 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. "Bura əsas orqandır və burada əsas qərarlar qəbul edilir." APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan parlamenti qarşısında məruzə ilə çıxış edən Mixail Saakaşvili deyib. Onun sözlərinə görə, prezident hər il belə bir məruzə ilə çıxış edir. "Mən hər il məruzə ilə parlament qarşısında çıxış edirəm. Mənə çox şərəfdir ki, bu gün mən buradayam", deyə Mixail Saakaşvili diplomatik korpus nümayəndələrinə müraciət edərək onları məruzədən sonra baş tutacaq debatda fəal iştirak etməyə çağırıb.

Gürcüstan parlamentinin sədri David Bakradze ölkə prezidentinə qanunverici orqan kimi parlamentin işini qiymətləndirdiyi üçün təşəkkür edib.

Prezident çıxışında inflyasiyaya və böhran prosesinin gedişinə münasibət bildirib. "Mən baş verən qlobal prosesləri günahlandıraraq əllərimi yanıma qoyub dura bilmərəm. Biz bu vəziyyətdən yerlərdə çıxış tapmalıyıq, inflyasiyadan iqtisadiyyatımızı müdafiə etməliyik", deyə Gürcüstan prezidenti qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR