Rusiyada ölən hər 5 nəfərdən biri alkoqolizm nəticəsində dünyasını dəyişir

Rusiyada ölən hər 5 nəfərdən biri alkoqolizm nəticəsində dünyasını dəyişir
# 12 fevral 2011 12:58 (UTC +04:00)
Bakı – APA. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada baş verən ölümlərin təxminən 4%-nin səbəbi alkoqoldur. APA-nın BBC-yə istinadən yaydığı xəbərə görə, AİDS, tuberkulyoz xəstəlikləri və müharibələrlə müqayisədə alkoqol daha çox insanın həyatına son qoyur. İçkiyə aludəçilikdən qaynaqlanan ölüm faktları Rusiya və MDB ölkələrində daha çoxdur. Bu ölkələrdə hər 5 ölümdən biri alkoqolizmdən qaynaqlanır.

Ümumilikdə dünyada il ərzində alkoqolizm nəticəsində 2,5 milyona yaxın adam ölür. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, spirtli içki düşkünlüyü 60 müxtəlif xəstəliyə və travmaya səbəb olur. Ən çox yayılan xəstəliklər qaraciyər serrozu, epilepsiya və xərçəngdir, üstəlik sərxoş sürücülərin günahı üzündən yol-nəqliyyat hadisələri də baş verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR