90 il əvvəl Gürcüstan işğal olunub

90 il əvvəl Gürcüstan  işğal olunub
# 25 fevral 2011 20:31 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Fevralın 25-də Qocor kəndində Qızıl Ordu tərəfindən Gürcüstanın işğal edilməsinin 90 illiyi qeyd olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir iştirakçıları Gürcüstanın müstəqilliyi uğrunda gedən döyüşlərdə həlak olan gənc qəhrəman müdavimlərin xatirə memorialı önünə əklil dəstələri qoyublar.

Gürcüstan parlamentinin "Xristian-demokratlar" fraksiyasının lideri Giorgi Tarqamadze azadlıq və müstəqillik naminə baş verən bu hadisəni hər bir gürcünün xatirəsində yaşayacağını bildirib. "Bu gün azadlıq və ləyaqətə qarşı qəsd idi, bu gün qeyri-bərabər güclü qoşuna qarşı gürcü qəhrəmanlarının Gürcüstanın müstəqilliyi uğrunda mübarizəsi idi. Biz bu gün üçün dua etməliyik. Fevralın 25-də Gürcüstanın başına gətirilən bu tarixi hadisələrin bir də təkrarlanmaması naminə çalışmaq, yaxşı təhsil almaq və mübarizə aparmaq lazımdır", deyə deputat qeyd edib.

APA-nın məlumata görə, 11-ci Qızıl Ordu 1921-ci ildə Qırmızı Körpüdən və Xram çayından keçib Şulaver kəndini tutub. Sonra sovet qoşunları Tiflisə tərəf hərəkət edib. Fevralın 19-20-də Tiflisin yaxınlığında olan Tabaxmela kəndində hərbi məktəb müdavimlərinin şiddətli müqavimətinə rast gəlib. Həmin gün polkovnik A.Çxeidzenin rəhbərliyi ilə 510 döyüşçü, 4 top, 6 pulemyotla rus qoşununa qarşı müqavimət göstəriblər. Kənd gənc müdavimlərin əlində qalıb.

Ruslar yollarını dəyişməklə yenidən Tiflisə doğru hərəkət edib, 1921-ci il fevralın 25-də bu şəhəri zəbt ediblər.

Bundan sonra Tiflisdəki Jordaniya hökuməti Kutaisi şəhərinə köçüb. Tiflisdə Gürcüstan İnqilab Komitəsi yaradılıb. Bu zaman Tabaxmela kəndində artıq 90 nəfər sağ qalmışdı. Gürcü qoşun rəhbərliyi onlara itki verməmək geri çəkilmək haqqında əmr verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR