Borçalıda dindarlar Xocalı soyqırımına həsr edilən mərasim keçiriblər

Borçalıda dindarlar Xocalı soyqırımına həsr edilən mərasim keçiriblər
# 27 fevral 2011 02:12 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneili şəhərindəki İmam Əli (ə) məscidində Xocalı soyqırımı ilə bağlı mərasim keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Borçalı müsəlmanlarının toplaşdığı tədbiri "Əhli-Beyt" jurnalının redaktoru Hacı Rizvan İsmayılov açaraq, Xocalı faciəsinin heç zaman unudulmayacağını, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib. "Biz hər il Xocalı şəhidlərini yad edirik, onların ruhlarına dualar oxuyuruq, rəhmət diləyirik. Xocalı-bizim unudulmayan qan yaddaşımızdır, ağır dərdimizdir. Bu soyqırımından ötən 19 il ərzində hələ də yaralarımız göynəməkdədir."
Anım mərasimində iştirak edən dindarlar erməni vəhşiliyinin yalnız Azərbaycana yox, bütün bəşəriyyətə yönəldildiyini qeyd ediblər. Çıxış edənlər erməni daşnaklarının cinayətkarlığını lənətləyiblər. "Günahsız Xocalı şəhidlərinin qanı yerdə qalmayacaq. Erməni cinayətkarları cəza almalıdırlar. Bu faciəni azərbaycanlılar yaddan çıxarmayacaqlar. Onların tələbi budur ki, bu dəhşətli soyqırıma tezliklə hüquqi və siyasi qiymət verilsin."
Tədbirin sonunda Xocalıya həsr edilən film nümayiş etdirildikdən sonra dualar verildi və "Əhli-Beyt" cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırım qurbanlarına ehsan verildi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR