Moskvada YUNESKO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilib

Moskvada YUNESKO-nun dəstəyi ilə beynəlxalq konfrans keçirilib
# 04 mart 2011 00:40 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın paytaxtında YUNESKO-nun Moskva bürosunun dəstəyi ilə BMT tərəfindən elan edilmiş Beynəlxalq Gənclər ili çərçivəsində “Gənclər və sosial dəyişikliklər: təşəbbüslər, iştirak, qarşılıqlı anlaşma və tərəfdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Sülh və Həmrəylik Federasiyası tərəfindən keçirilən iki gün davam edəcək konfransda Rusiya Federasiyası və MDB üzvü olan digər ölkələrin dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Konfransda Azərbaycanı YUNESKO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva və Milli Məclisin deputatı Bəxtiyar Əliyev təmsil ediblər.


Konfransda gənclərin sosial dəyişikliklərdə, layihə və proqramlarda iştirakının fəallaşdırılması problemləri və bu sahədə təcrübə mövzusunda diskussiya aparılıb. Diskussiyalar əsasən, milli gənclər siyasəti və beynəlxalq yanaşmalar, dövlətin və cəmiyyətin inkişafında gənclərin rolu, sosial problemlərin həlli, gənclər arasında könüllülük, gənclər mühitində humanist dəyərlər və mədəniyyətlərarası dialoqdan ibarət olub.

Konfransın yekunlarına əsasən konseptual sənəd qəbul ediləcək və bu sənəd YUNESKO-nun katibliyinə, konfransda iştirak edən ölkələrin dövlət və icra hakimiyyəti orqanlarına göndəriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR