Ukrayna hökümət nümayəndəsi:“Gürcüstan Ukraynaya nisbətən NATO-ya üzv olmağa çox can atır”

Ukrayna hökümət nümayəndəsi:“Gürcüstan Ukraynaya nisbətən NATO-ya üzv olmağa çox can atır”
# 25 mart 2011 03:15 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan Ukraynaya nisbətən NATO-ya üzv olmağa çox can atır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri NATO Parlament Assambleyasının Tbilisidə keçirilən 76-cı “Rouz-Rout” seminarında iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri Andrey Şkil jurnalistlərə açıqlamasında bildirib. “Biz, seminarda iştirak edən nümayəndələr Gürcüstanın alyansa daxil olması yollarını müzakirə etdik. Çox fərəhlidir ki, Gürcüstan NATO-ya daxil olmaq barədə perspektiv addımlar qəbul edib. Gürcüstan Ukraynaya nisbətən NATO-ya üzv olmağa çox can atır. Gürcüstan bizim üçün nümunədir”, Ukrayna nümayəndə heyətinin rəhbəri vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR