Mənbə: Liviyaya quru hücumu aprelin sonlarında başlaya bilər

Mənbə: Liviyaya quru hücumu aprelin sonlarında başlaya bilər
# 25 mart 2011 20:52 (UTC +04:00)
Bakı-APA. Müttəfiqlər fəal surətdə Liviyaya quru hücumu planının üzərində işləyirlər. Bu barədə «RİA Novosti»yə Rusiya kəşfiyyatındakı yüksək rütbəli mənbə məlumat verib.

«Müxtəlif kanallardan aldığımız məlumat onu göstərir ki, NATO ölkələri Böyük Britaniya və ABŞ-ın fəal iştirakı ilə Liviya ərazisində quru əməliyyatı planının üzərində işləyirlər. Belə görünür ki, quru əməliyyatı hava bombardmanları və raket zərbələrinin Qəzzafi rejimini süqut etməyə məcbur edə bilmədiyi təqdirdə başlayacaq», deyə mənbə bildirib.

Onun sözlərinə görə, əgər Liviyadakı hadisələr məhz bu ssenari üzrə inkişaf etsə, quru əməliyyatının aprelin sonları – mayın əvvəllərində başlanması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR