Rusiya Federasiya Şurasının sədri Putinin prezidentliyə namizədliyini dəstəkləməyəcəyini bəyan edib

Rusiya Federasiya Şurasının sədri Putinin prezidentliyə namizədliyini dəstəkləməyəcəyini bəyan edib
# 16 aprel 2011 12:07 (UTC +04:00)
APA-nın “İnterfax”a istinadən xəbərinə görə, bu bəyanatla o, partiyanın bu gün işə başlayan qurultayında çıxış edib.

“Spravedlivaya Rossiya”nın lideri olaraq qalacağını deyən S.Mironov Dövlət Dumasına növbəti seçkilərdə partiya siyahısına başçılıq edəcəyini və “siyasi kadr işi” ilə məşğul olacağını vurğulayıb. Onun sözlərinə görə, bundan sonra təşkilati işlərlə partiyanın parlament fraksiyasının rəhbəri Nikolay Leviçev məşğul olacaq.

S.Mironovun daha bir sensasion bəyanatı isə 2012-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı olub. O bildirib ki, “Spravedlivaya Rossiya” prezident seçkilərində hakim “Edinaya Rossiya” (“Vahid Rusiya”) partiyasının namizədini dəstəkləməyəcək: “Çünki biz “Edinaya Rossiya”ya qarşı sərt müxalifətdəyik. Böyük ehtimalla prezident seçkilərində öz namizədimizlə iştirak edəcəyik”.

Qeyd edək ki, hakim “Edinaya Rossiya” partiyasının sədri baş nazir Vladimir Putindir. Artıq bu partiyanın rəhbərliyinə daxil olan şəxslər prezidentliyə V.Putinin namizədliyini irəli sürəcəklərini bəyan ediblər. Baş nazir onları bəyanatlarında ehtiyatlı olmağa və tələsməməyə çağırsa da, prezidentliyə namizəd olacağını istisna etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR