Belarusda daha bir neçə terror aktının qarşısı alınıb

Belarusda daha bir neçə terror aktının qarşısı alınıb
# 22 aprel 2011 13:13 (UTC +04:00)
Bakı – APA. Belarus hüquq-mühafizə orqanları Minsk metrosunda partlayış törədən qüvvələrin hazırladığı daha bir neçə terror aktının qarşısını alıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

A. Lukaşenko aprelin 11-də metroda baş vermiş partlayışın təhqiqatına həsr olunmuş müşavirədə bildirib ki, “xoşbəxtlikdən bu yaramazlar yaxalanıb və bir neçə bu cür hadisənin qarşısı alınıb”. O, terror aktının sifarişçiləri və bu cinayətə yardımçı olanlarla bağlı məsələnin qaranlıq qaldığını söyləyib.

Xatırladaq ki, aprelin 11-də Minsk metrosunda baş vermiş terror aktı nəticəsində 12 nəfər ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR