Gürcüstanda gənc idmançı soydaşlarımız yarışlarda uğurlar qazanıb

Gürcüstanda gənc idmançı soydaşlarımız yarışlarda uğurlar qazanıb
# 22 aprel 2011 21:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu günlərdə Tiflis şəhərində taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yarışda Gürcüstanda yaşayan soydaşlarımızı Marneulidə yaşayan 4 nəfər gənc idmançı təmsil edib. Onlardan Elton Qocayev-35 kq, İsmət İbrahimov-40 kq, Şamil İsmayılov-55 kq, Kamil Məmmədov-75 kq çəki dərəcələrində yarışda iştirak ediblər. Yarışın yekununda Şamil İsmayılov gümüş və Kamil Məmmədov bürünc medala layiq görülüb.
Qrupun rəhbəri Faiq Məmmədov APA-ya açıqlamasında bu ilin avqust ayında Türkiyənin İstambul şəhərində yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcəyini bildirib. “Bu tədbirdə Gürcüstanı 11 nəfər idmançı təmsil edəcək və çox fərəhli haldır ki, onlardan iki nəfəri Marneulidə idman sahəsində uğurlar qazanan gənc idmançı soydaşlarımızdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR