Mənbə: Belarus Azərbaycandan kredit istəyəcək

Mənbə: Belarus Azərbaycandan kredit istəyəcək
# 07 iyul 2011 18:27 (UTC +04:00)
Bakı-APA. Belarus hökuməti Azərbaycandan kredit istəmək fikrindədir. APA-nın «İnterfaks»a istinadən verdiyi məlumata görə, bu barədə Minskin maliyyə dairələrindəki mənbə məlumat verib.

«Bizim Azərbaycandan dövlət krediti almaq şansımız var. Alına bilər. Digər kreditləşmə sxemləri də müzakirə olunacaq», deyə mənbə bildirib.

O xatırladıb ki, bu günlər Bakıda olan Belarus hökumət nümayəndə heyətinin tərkibinə maliyyə naziri Andrey Xarkoves də daxildir.

Mənbənin sözlərinə görə, Minskdə ötən ilki təcrübəni nəzərə alaraq Azərbaycandan dövlət krediti almaq şanslarını yüksək qiymətləndirirlər.

O xatırladıb ki, ötən ilin iyununda Azərbaycan Belarusa Qazprom qarşısında olan borcunu ödəmək üçün qısamüddətli, 12 günlük 200 milyon dollar həcmində dövlət krediti ayırıb. O zaman Minsk vaxtından əvvəl kredit borcunu ödəmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR