Ukrayna prezidenti bu həftə Rusiyaya səfər edəcək

Ukrayna prezidenti bu həftə Rusiyaya səfər edəcək
# 08 avqust 2011 13:57 (UTC +04:00)
Bakı. Azər Mustafayev-APA. Ukrayna prezidenti Viktor Yanukoviçin avqustun 11-də Rusiyaya işgüzar səfəri olacaq. APA-nın Kreml mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər Rusiya prezidenti Dmıtriy Medvedevin dəvəti əsasında baş tutacaq. Ukrayna prezidenti deyib ki, görüşdə Rusiyadan nəql olunan qazın qiymətində güzəştə nail olmağa çalışacaq. Bunun əvəzində isə Rusiyaya və digər Avropa ölkələrinə Ukraynanın qaz ixracat sisteminin modernləşdirilməsində iştiraka icazə veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR