Moskvada Rusiya və İran xarici işlər nazirləri arasında danışıqlar başlayıb

Moskvada  Rusiya və İran xarici işlər nazirləri arasında danışıqlar başlayıb
# 17 avqust 2011 11:30 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə-APA. Moskvada Rusiya və İran xarici işlər nazirləri arasında danışıqlar başlayıb. APA-nın “RİA Novosti” agentliyinin saytına istinadən verdyi məlumata görə, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Serqey Lavrov və Əli Əkbər Salehi İranın nüvə programı, ikitərəfli iqtisadi münasibətlər və regional təhlükəsizik məsələləri ətrafında fikir mübadiləsi edirlər. Görüşdən öncə mətbuat nümayəndələrinə açıqmasında iranlı nazir bir çox məsələlərdə Moskva və Tehranın mövqelərinin üst-üstə düşdüyünü qeyd edib. Bu danışıqlar ərəfəsində isə Rusiya XİN-in rəsmisi Aleksandr Lukaşeviç bildirib ki, İran-Rusiya təmasları zamanı regional mövzulara xüsusi diqqət ayrılacaq: “Ümid edirik ki, Qafqaz və Mərkəzi Asiya, Xəzər problemi, Əfqanıstan və Yaxın Şərqdəki mövcud vəziyətə dair siyasi yanaşmalarımızı götür-qoy edəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR