Gürcüstanda soyuq silah gəzdirməyə görə cəza tətbiq edilə bilər

Gürcüstanda soyuq silah gəzdirməyə görə cəza tətbiq edilə bilər
# 05 noyabr 2011 15:37 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda soyuq silah gəzdirməyə görə cəza tətbiq edilə bilər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan parlamentinin sədr müavini Qiqi Sereteli məlumat verib.

O, soyuq silah gəzdirmək haqqında qanunun sərtləşdirilməsinin vacibliyini vurğulayıb. Q.Sereteli yaxın günlərdə parlamentə yeni qanun layihəsi təqdim etmək barədə təşəbbüs qaldırmaq niyyətində olduğunu bildirib: “Soyuq silah gəzdirmək qanunla tənzimlənir. 21 yaşına çatmayan adamlara bıçaq gəzdirmək qadağandır. Bu qadağanı birinci dəfə pozanlara cərimə tətbiq edilir, ikinci dəfə kim bunu təkrar edərsə, onu azadlıqdan məhrumetmə gözləyir”.

Q.Sereteli hazırda qüvvədə olan qanunvericilik bazasının tələblərə kifayət qədər cavab vermədiyini hesab edir. Onun sözlərinə görə, yaş həddi ləğv edilməli və inzibati nöqteyi-nəzərindən cəza sərtləşdirilməlidir: “Buna baxmayaraq, ölkədə kriminogen durum sabitləşib və Daxili İşlər Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi işlər göz qabağındadır, lakin qanunvericilik baxımından bu kifayət deyil. Son zamanlar ölüm və yaralama insidentlərinin sayı artıb. Bu istiqamətdə günahkarları cəzalandırılmaq və qabaqlayıcı tədbirlər həyata keçirmək vacibdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR