Gürcüstanın xarici işlər naziri noyabrın 7-də Ermənistana səfər edəcək

Gürcüstanın xarici işlər naziri noyabrın 7-də Ermənistana səfər edəcək
# 06 noyabr 2011 04:59 (UTC +04:00)
Bakı-APA. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze noyabrın 7-də Ermənistana işgüzar səfər edəcək. APA-nın lragir.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistan XİN-dən onu prezident Serj Sarkisyanın qəbul edəcəyi bildirilir.

Qeyd olunur ki, Sarkisyanın noyabrın əvvəlinə təyin olunan səfəri səbəbi bildirilmədən təxirə salınıb. Sayt bildirir ki, Vaşadzenin İrəvana səfəri erməni prezidentinin Gürcüstana getməkdən imtina etməsinin səbəblərinə aydınlıq gətirmək məqsədi güdür.

Ermənistanın Aykakan Jamanak qəzetinin məlumatında isə bildirilir ki, bir qədər əvvəl Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadze Serj Sarkisyanın prezident Mixail Saakaşvilidən inciməsi barədə gəzən xəbərləri inkar edib. O deyib: Sarkisyanın Gürcüstan prezidentindən inciməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Onun Tbilisiyə səfəri barədə danışıqlar davam edir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR