İnquşetiyada quldur dəstəsinin başçısı öldürülüb

İnquşetiyada quldur dəstəsinin başçısı öldürülüb
# 19 noyabr 2011 09:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA. İnquşetiyada keçirilən xüsusi əməliyyat zamanı axtarışda olan Sunji quldur dəstəsinin başçısı Artur Amriyev öldürülüb. APA-nın məlumatına görə, o, noyabrın 19-da muxtar respublikanın Sunji rayonunun Ordjonikidzevskaya stanitsasında fərdi evlərinin birinin yoxlanması zamanı öldürülüb.

İnquşetiya polisinin nümayəndəsinin sözlərinə görə, yoxlama üçün polis əməkdaşları evə daxil olan zaman evdən atəş açılıb ki, atışma nəticəsində Amriyev öldürülüb.

Qeyd edək ki, noyabrın 19-da həmin stanitsada terrora qarşı əməliyyat rejimi tətbiq edilib və buna səbəb həmin ərazidə quldur dəstələrin üzvlərinin olmasına dair məlumatlar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR